
Suriyada Fərat çayının şərqində varlığını davam etdirən YPG terror təşkilatı İranın dəstəklədiyi silahlı qrupların sıx məskunlaşdığı bölgələrə ticarət keçidini müddətsiz olaraq bağlayıb.
GunAz.az xəbər verir ki, Deyr əz-Zorda ABŞ Əsəd rejimi və İranın dəstəklədiyi silahlı qrupların neft ticarətindən narahat olub. Bu səbəbdən YPG ABŞ-ın istəyini nəzərə alaraq keçid nöqtəsini bağlayıb.
ABŞ-ın tərəflər arasındakı əlaqələri məhdudlaşdırmağa çalışdığı vurğulabıb.