SON DƏQİQƏ
» » İran ABŞ-ın İraqda Haşd-Şabiyə aviazərbələr endirməsinə münasibət bildirib

İran ABŞ-ın İraqda Haşd-Şabiyə aviazərbələr endirməsinə münasibət bildirib

Tarix:

30-12-2019, 18:00

/ 1 851 dəfə oxundu.
İran ABŞ-ın İraqda Haşd-Şabiyə aviazərbələr endirməsinə münasibət bildirib

"Amerikanın İraqın ərazisinə hərbi təcavüzü və İŞİD-lə döyüşən Haşd-Şabi qüvvələrinin obyektlərini vurması terrorizmin bariz nümunəsidir. ABŞ ölkəni İŞİD-dən qoruyan qüvvələri vurur. Amerika İraqın müstəqilliyi və suverenliyini pozur. Onlar bu qeyri-qanuni addımlarının acı nəticələrini və onun məsuliyyətini də qəbul etməlidirlər."

GunAz.az xəbər verir ki, bunu İranın Xarici işlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi deyib.

İran rəsmisi bldirib ki, "ABŞ-ın bu hücumu onun terrorla mübarizə etmək iddiasının yalan olduğunu bir daha ifşa etdi."

S.A.Musəvi ABŞ-ın Haşd-Şabiyə hücumunu İraqın hakimiyyətinə, suverenlik və istiqlaliyyətinə təcavüz olduğunu bildirib və bəyan edib ki, ölkəsi hücum qurbanlarının yaxınlarının dərdilə şərikdir.

Qeyd edək ki, ABŞ ötən gün İraqda Haşd-Şabinin mövqelərinə bir neçə hava zərbəsi endirib. Bu zərbələr nəticəsində 25 əsgər həlak olub. İraqın bütün hökumət qurumları, o cümlədən prezident, baş nazir və spiker bu hava zərbələrini pisləyib və qınayıblar. Bunun ardından Haşd-Şabi rəhbərliyi intiqam vədi verib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ