SON DƏQİQƏ
» » Əfqanıstanın iki əyalətində həyata keçirilən hücumda 11 əsgər həyatını itirib

Əfqanıstanın iki əyalətində həyata keçirilən hücumda 11 əsgər həyatını itirib

Tarix:

10-12-2019, 18:10

/ 1 778 dəfə oxundu.
Əfqanıstanın iki əyalətində həyata keçirilən hücumda 11 əsgər həyatını itirib

Əfqanıstanında Künduz və Helmənd əyalətlərində yaraqlıların hücumu azı 11 əsgərin ölümü ilə nəticələnib.

GunAz.az Əfqanıstanın Pajwook agentliyinə istinadla xəbər verir ki, ölkənin Künduz əyalətinin Çahardərə rayonunda ordu qüvvələrinə hücum edilib. Mərmilərdən geniş şəkildə istifadə edilən bu hücumda Əfqanıstan Ordusunun 5 əsgəri həlak olub və 9-u yaralanıb.

Eləcə də Helmənd əyalətinin Nad-Əli rayonunda ordunun bir postuna silahlılar tərəfindən hücum edilib.

Hücum ilk növbədə bir minalanmış maşının parladılması ilə həyata keçirilib.

Əfqanıstan təhlükəsizlik qüvvələri burada 6 itki və 10-dan artıq yaralı veriblər.

İkinci hücumun məsuliyyətini Taliban üzərinə götürüb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ