SON DƏQİQƏ
» » Taliban Əfqanıstanda strateji vadini nəzarətə götürüb

Taliban Əfqanıstanda strateji vadini nəzarətə götürüb

Tarix:

2-07-2019, 19:02

/ 1 395 dəfə oxundu.
Taliban Əfqanıstanda strateji vadini nəzarətə götürüb

Taliban hərəkatı Əfqanıstanın şimalında Baqlan əyalətində strateji vadini nəzarətə götürüb.

GunAz.az bu barədə Əfqanıstan mətbuatına istinadla xəbər verir.

Bildirilib ki, Taliban silahlıları Baqlan əyalətinin Duşu bölgəsində yerləşən strateji Kayan vadisini nəzarətə götürüblər.

Əlavə edilib ki, Talibanın bu hücumundan sonra Kabildən Məzar-Şərif və Bamyan şəhərləri istiqamətdə gedən yolun nəqliyyatı təhlükə ilə üzləşəcək.

Qeyd edək ki, Talibanın bu hücumu hərəkatın ABŞ-la danışıqlar fonunda həyata keçirilir.

Ekspertlərin fikrinə görə Taliban hazırda ölkənin təxminən 35 faizini nəzarətdə saxlayır.

скачать dle 12.1

Şərhlər