SON DƏQİQƏ
» » Əfqanıstanın Lövgər əyalətində 18 Taliban silahlısı zərərsizləşdirilib

Əfqanıstanın Lövgər əyalətində 18 Taliban silahlısı zərərsizləşdirilib

Tarix:

8-06-2019, 16:43

/ 1 923 dəfə oxundu.
Əfqanıstanın Lövgər əyalətində 18 Taliban silahlısı zərərsizləşdirilib

 Əfqanıstan Daxili İşlər Nazirliyinin qüvvələri ölkənin Lövgər əyalətində apardıqları əməliyyat zamanı Taliban hərəkatının 18 silahlısını zərərsizləşdiriblər.

GunAz.az Əfqanıstanın AvaPress agentliyinə istinadla xəbər verir ki, bu barədə Lövgər əyalətinin Polis İdarəsi məlumat verib.

Bildirilib ki, cümə günü Lövgər əyalətinin Məhəmməd-Ağa rayonunda aparılan əməliyyat çərçivəsində Talibanın 18 silahlısı öldürülüb və 4-ü ələ keçirilib.

Əfqanıstanın təhlükəsizlik mənbələri bu əməliyyatda hökumət qüvvələrindən itkilərin olmadığını bildiriblər.

Qeyd edək ki, Əfqanıstanın bəzi hərbi mənbələri ölkənin 30-35 faizinin hələ də Talibanın nəzarətində qaldığını deyirlər. Təkcə ramazan ayında Taliban hərəkatı və sair qruplaşmaların hücumu nəticəsində hökumət qüvvələri və mülki şəxslərdən 440 nəfər həlak olub və 400-dan artıq şəxs yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ