SON DƏQİQƏ

Əfqanıstan Ordusu bir rayonu Talibandan azad edib

Tarix:

7-06-2019, 14:14

/ 1 902 dəfə oxundu.
Əfqanıstan Ordusu bir rayonu Talibandan azad edib

Əfqanıstanın Qəzni əyalətində yerləşən Xacə-Öməri rayonu bir il Taliban nəzarətində qaldıqdan sonra azad edilib.

GunAz.az BBC.Farsi-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi məlumat verib.

Bildirilib ki, Əfqanıstan Ordusu və təhlükəsizlik qüvvələri Qəzni əyalətinin Xacə-Öməri rayonunu Taliban silahlılarından geri alıb.

Qeyd edək ki, Taliban bir il öncə bu ucqar rayonu və onun inzibati mərkəzini zəbt etmişdi.

Hazırda ölkənin 20-25 faizinin Talibanın nəzarətində olduğu bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ