SON DƏQİQƏ
» » Kolumbiyada hökumət əleyhinə etiraz aksiyaları səngimir

Kolumbiyada hökumət əleyhinə etiraz aksiyaları səngimir

Tarix:

5-12-2019, 16:50

/ 1 274 dəfə oxundu.
Kolumbiyada hökumət əleyhinə etiraz aksiyaları səngimir

 Kolumbiyada həmkarlar ittifaqı üzvləri, tələbələr və yerli QHT nümayəndələri üçüncü ümumxalq tətili çərçivəsində hökumət əleyhinə etiraz aksiyaları keçiriblər.

Kolumbiyada ilk kütləvi tətil 21-27 noyabrda hökumətin FARC ("Kolumbiya İnqilabçı Silahlı Qüvvələri") ilə əldə edilmiş razılığa əməl etməməsinə görə keçirilib. 

Üçüncü birgünlük tətil çərçivəsində Boqota, Bukaramange, Medelin, Kali, Manisales, Kartaxene və  Kolumbiyanın digər böyük şəhərlərində etiraz aksiyaları və mitinqlər keçirilir.

GunAz.az-ın verdiyi xəbərə görə, bəzi şəhərlərdə etirazçılarla polis arasında qarşıdurma yaranıb. Boqotada polis etirazçılara müdaxilə etməyib.

Nümayişçilər Bolivarın tarixi meydanına toplaşıblar. Boqotada təhlükəsizlik tədbirləri gücləndirilib. Əsasən tələbələr olan yüzlərlə etirazçı paytaxtın mərkəzinə yürüş təşkil edib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ