SON DƏQİQƏ
» » Qazaxıstanda hökumət əleyhinə mitinqlər keçirilir

Qazaxıstanda hökumət əleyhinə mitinqlər keçirilir

Tarix:

1-05-2019, 16:45

/ 170 dəfə oxundu.
Qazaxıstanda hökumət əleyhinə mitinqlər keçirilir

Qazaxıstanda hökumət əleyhinə mitinqlər keçirilib.

ONA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində yüzlərlə insan razılaşdırılmamış mitinqə çıxıb.

Almatıda mitinq iştirakçıları Mərkəzi Mədəniyyət və İstirahət Parkında, paytaxtda isə şəhər administrasiyasının binasının yaxınlığında toplaşaraq hökumət əleyhinə çıxışlar ediblər.

Qarşıdan gələn prezident seçkilərinə etiraz edən mitinq iştirakçıları əlillərin, çoxuşaqlı analarının sosial müdafiəsinin gücləndirilməsini tələb edib və atom elektrik stansiyasının tikintisinə etirazlarını bildiriblər. 

Prokurorluq nümayəndələri mitinq iştirakçılarına müraciət edərək, onların hərəkətlərinin qeyri-qanuni olduğu barədə xəbərdarlıq edib. 

Polis əməkdaşları mitinqi müşahidə etsə də, etirazçılara müdaxilə etməyib. 

Xatırladaq ki, bazar ertəsi Qazaxıstan Baş Prokurorluğu vətəndaşlara sosial şəbəkələr vasitəsilə təşkil olunan razılaşdırılmamış mitinqlərin qeyri-qanuni olduğu barədə xəbərdarlıq edib.

скачать dle 12.1

Şərhlər