SON DƏQİQƏ

Tələbələr dərsləri boykot edir

Tarix:

23-04-2018, 12:35

/ 10 287 dəfə oxundu.
Tələbələr dərsləri boykot edir

Aprelin 23-də Yerevan Dövlət Universitetinin tələbələri etiraz aksiyası keçiriblər. 

Tələbələr səhər saatlarında universitetin əsas binasının qarşısında toplanaraq “Müəllim, sən də qoşul” şüarı səsləndiriblər. 

 

Müəllimləri də etiraz aksiyasına çağıran tələbələr dərsləri boykot edərək tətil elan ediblər. 

 

Qeyd edək ki, aprelin 13-dən Yerevanda Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. 

 

Gunaz.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ