Türkiyə Əbubəkr Bağdadinin (İŞİD-in öldürülən lideri) bacısından gizli məlumatları əldə etməyə çalışacaq.
GunAz.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Aleksey Podberezkin deyib.
“Ələ keçənlər İŞİD-in daxilindəki vəziyyəti bilir. Bu məlumatlar İŞİD-ə qarşı savaş aparan Türkiyə üçün böyük önəm kəsb edir. Ankara hazırki vəziyyətdə düzgün istiqamətdədir. İŞİD-in daxilindəki durumla bağlı olduqca ilginc məlumatlar öyrəniləcək”, - deyə ekspert bildirib.
Qeyd edək ki, qardaş ölkə Bağdadinin bacısı və arvadı da daxil olmaqla, 13 ən yaxın adamını ələ keçirib.
N.SAFURA