SON DƏQİQƏ
» » İŞİD liderinin yeri necə müəyyənləşdirilib... - SİRLƏR AÇILIR

İŞİD liderinin yeri necə müəyyənləşdirilib... - SİRLƏR AÇILIR

Tarix:

28-10-2019, 11:43

/ 1 014 dəfə oxundu.
İŞİD liderinin yeri necə müəyyənləşdirilib... - SİRLƏR AÇILIR

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin yeri onun əsas köməkçilərindən biri olan İsmayıl əl-Ətavinin sayəsində müəyyənləşdirilib.
GunAz.az-ın xəbərinə görə, bu barədə "Reuters” İraq xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
İsmayıl əl-Ətavi türkiyəli hərbçilər tərəfindən həbs edilib və o, təhlükəsizlik qüvvələrinə təhvil verilib.
"Əl-Ətavi özü də daxil olmaqla, bizə əl-Bağdadinin Suriyada görüşdüyü 5 nəfər kişi haqda, habelə onların görüş üçün istifadə etdikləri müxtəlif yerlər barəsində ətraflı məlumat verib”, - deyə İraq xüsusi xidmət orqanının əməkdaşı bildirib.
Bundan sonra peyk və dronların hesabına əl-Bağdadinin izləmək mümkün olub.
İsmayıl əl-Ətavi Əbubəkr əl-Bağdadinin 5 əsas köməkçisindən biri olub. O, 2006-cı ildə "əl-Qaidə” terror təşkilatına qoşulub, 2008-ci ildə ABŞ hərbçiləri tərəfindən həbs edilib. 4 il həbs həyatından sonra azadlığa çıxaraq İŞİD-ə qoşulub.
Qeyd edək ki, İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.
N.SAFURA
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ