SON DƏQİQƏ
» » İŞİD liderinin tutulması xəbəri təkzib edildi

İŞİD liderinin tutulması xəbəri təkzib edildi

Tarix:

18-12-2017, 20:56

/ 1 024 dəfə oxundu.
İŞİD liderinin tutulması xəbəri təkzib edildi

ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadinin ələ keçirilməsi xəbərini təkzib edib.

Gunaz.az xəbər verir ki, bu barədə koalisiya nümayəndəsi bildirib.

“Təəssüf ki, bu xəbərlər həqiqətə uyğun deyil”, deyə nümayəndə qeyd edib. Onun sözlərinə görə, koalisiya Əbu Bəkr əl-Bağdadinin harada olmasından xəbərsizdir.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin “Yeni Şafak” qəzeti əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən ələ keçirildiyini və Suriyanın şimalındakı hərbi bazada saxlanıldığı barədə məlumat yayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ