SON DƏQİQƏ

İran uranı zənginləşdirəcək

Tarix:

6-11-2019, 10:51

/ 1 804 dəfə oxundu.
İran uranı zənginləşdirəcək

İran tərəfi noyabrın 6-dan Fordodakı obyektdə uranın 5%-ə qədər zənginləşdirilməsinə başlayacaq.

Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Təşkilatın rəhbəri deyib: "Sabahdan etibarən Fordodakı müəssisədə uranı 5% -ə qədər zənginləşdirəcəyik".

Salehi əlavə edib ki, nüvə sazişinin bağlanmasından əvvəl İran Fordoda uranı 20% -ə qədər zənginləşdirdi: "Bu gün 20%-ə qədər zənginləşdirilmiş kifayət qədər uran ehtiyatımız var".

O, həmçinin urandan əlavə, Fordoda sabit izotopların da zənginləşdiriləcəyini deyib.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər