SON DƏQİQƏ
» » Bu ölkədə aksiyaçıların sayı 1 milyona çatdı: Prezident işə qarışdı

Bu ölkədə aksiyaçıların sayı 1 milyona çatdı: Prezident işə qarışdı

Tarix:

26-10-2019, 23:43

/ 568 dəfə oxundu.
Bu ölkədə aksiyaçıların sayı 1 milyona çatdı: Prezident işə qarışdı

Çilinin paytaxtı Santyaqoda etiraz aksiyasına qoşulanların sayı bir milyon nəfərə çatıb.

GunAz.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Santyaqo meri Karla Rubilar paylaşıb. O, etirazçıların özlərini çox sakit apardığını bildirib.

Rubilar şəhərdə baş verənləri "tarixi hadisə" adlandırıb.

Qeyd edək ki, Santyaqoda etirazlar metroda gediş haqlarının artırılmasına görə başlayıb.

***

Çili Prezidenti Sebastian Pinera mətbuat konfransı keçirərək Nazirlər Kabinetini istefaya çağırıb.

Pinera xalqın tələbini və vermək istədiyi mesajı ciddi şəkildə diqqətdə saxladığını bildirib.

Çili prezidenti şərait uyğun olarsa, bazar günü yerli saatla 00:00-dan etibarən fövqəladə vəziyyətin ləğv edilməsini istəyəcəyini söyləyib.

Pinera sudan istifadə və metro qiymətlərinin aşağı salınacağını deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ