SON DƏQİQƏ
» » Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

Tarix:

21-10-2019, 17:50

/ 645 dəfə oxundu.
Çilidəki etiraz aksiyaları zamanı 1,5 min nəfər saxlanılıb

Çilidəki etiraz aksiyaları zamanı təxminən 1,5 min nəfər saxlanılıb.

GunAz.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "BioBioChew" radiosu ölkənin baş prokurorluğuna istinadən məlumat yayıb.

Paytaxtda hüquq-mühafizə orqanları 614 nəfəri, ölkənin digər şəhərlərində isə 848 vətəndaşı saxlayıb.

Bir neçə gündür davam edən etirazlar nəticəsində on nəfərin öldüyü xəbər verilir. Onların əksəriyyəti ticarət mərkəzlərində baş verən yanğınlarında ölüb. 

Çili prezidenti Sebastyan Pinera etirazlar ilə əlaqədar Santiyaqoda fövqəladə vəziyyət rejimi elan edib. O, ölkədə yaranmış vəziyyəti müharibə şəraiti ilə müqayisə edib.

Santyaqoda metronun qiyməti  30 pesodan  850 pesoya yüksəldilib, etiraz aksiyaları bundan sonra başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ