SON DƏQİQƏ
» » Türkdilli ölkələrin dövlət başçıları Azərbaycanda

Türkdilli ölkələrin dövlət başçıları Azərbaycanda

Tarix:

14-10-2019, 20:09

/ 1 303 dəfə oxundu.
Türkdilli ölkələrin dövlət başçıları Azərbaycanda

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Şuraya üzv ölkələrin dövlət başçıları Azərbaycana səfərə gəliblər. Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn ilk dövlət başçısı Özbəkistan prezidenti Şavkat Mirziyoyev olub.  Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

X X X

Özbəkistan Prezidentinin ardınca  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana gəıib.

Hava limannda qarşılanma mərasimindən sonar Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ayrı-ayrılıqda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşü keçirilib.

X X X

Günün ikinci yarısında isə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və  Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ