SON DƏQİQƏ
» » BMT-də maliyə böhranı-İŞIQ, İSTİLİK, ESKALATOR dayandırılacaq

BMT-də maliyə böhranı-İŞIQ, İSTİLİK, ESKALATOR dayandırılacaq

Tarix:

12-10-2019, 08:56

/ 2 781 dəfə oxundu.
BMT-də maliyə böhranı-İŞIQ, İSTİLİK, ESKALATOR dayandırılacaq

BMT qərargahında maliyyə problemləri ilə əlaqədar elektrik enerjisinin, eskalatorların və isitmə sistemlərinin işi məhdudlaşdırılacaq.

Bu barədə GunAz.az RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlərlə bağlı beynəlxalq təşkilatın baş katibi Antoniu Quterreş göstəriş verib.

Məlumata görə, böhran beynəlxalq təşkilatın büdcəsinə üzv dövlətlərin əskik ödənişləri ilə bağlıdır.

"Əgər dəqiqliyə qalsa, nağd vəsaitlər nöqteyi-nəzərindən təşkilatın vəziyyəti dəhşətlidir", - deyə təşkilatdan bildirilib.

Qeyd edilir ki, bu vəziyyət BMT-nin son 10 il ərzində qarşılaşdığı maddi vəziyyətin ən ağır böhranıdır. 

скачать dle 12.1

Şərhlər