SON DƏQİQƏ
» » Marsda yaşamaq istəyənlərin əsas problemi bu olacaq

Marsda yaşamaq istəyənlərin əsas problemi bu olacaq

Tarix:

8-10-2019, 14:18

/ 1 270 dəfə oxundu.
Marsda yaşamaq istəyənlərin əsas problemi bu olacaq

Marsda insanların daimi yaşayışı və "müstəmləkəçilər"in sayının artması üçün baza yaradıldıqdan sonra sakinlərin əsas problemi ərzaqla bağlı olacaq.

Bu barədə "InoPressa" müxtəlif ekspertlərin tədqiqatlarına istinadən yazır.

İlon Maskın başçılıq etdiyi "SpaceX" şirkətinin planlarına əsasən, insanların Marsa uçuşu 2025-ci ildə başlanacaq, 2028-ci ildə isə Marsın "Alpha" bazası yaradılacaq. Bundan sonra hər 26 aydan bir raketlər Marsa yeni sakinləri çatdıra biləcək. Lakin onların sayı artdıqca, "Mars əhlini" ərzaqla təmin etmək çətinləşəcək.

Orlandoda yerləşən Mərkəzi Florida Universitetinin tədqiqatçıları Kevin Kennon və Daniel Britt hesab edirlər ki, Yer kürəsindən Marsa böyük həcmdə ərzaq çatdırmaq baha başa gələcək.

Bununla yanaşı, Avropa Kosmik Agentliyinin (ESA) nümayəndəsi Kristof Lasser qeyd edir ki, kosmosda bioloji proseslərin həyata keçirilməsi yetərincə araşdırılmayıb, bu səbəbdən koloniyanın özünü təmin etmə imkanları hələlik şübhə altındadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ