SON DƏQİQƏ

Marsa səfər insanları qocaldacaq

Tarix:

10-12-2018, 17:33

/ 10 250 dəfə oxundu.
Marsa səfər insanları qocaldacaq

Marsa uçuş kosmik missiyanın hər bir ekipaj üzvünü radiasiya ilə təmasa görə 2,5 il qocaldacaq.

GunAz.az xəbər verir ki, bu haqda “RİA Novosti” Mosvkada keçirilən Aviakosmik və Ekoloji Tibb adlı konfransın hesabatına istinadən məlumat yayıb.

“Marsa uzun sürən (üç ilə qədər) uçuş zamanı və uçuşdan sonra  maksimum günəş aktivliyi şəraitində müxtəlif qalınlıqlı radiasiyadan qoruyan alüminium “sığınacaqda” olan kosmonavtların üzləşəcəyi ümumi radiasiya riski hesablanıb. 

Sadə şar formalı kosmik aparat və onun içində olan insan bədənini imitasiya edən fantom model əsasında aparılan hesablamalara görə, Marsa iki il müddətli uçuş və geri dönüş zamanı hər bir ekspedisiya üzvü üçün radiasiya riski yaşdan asılı olmayaraq 7,5 faiz təşkil edəcək. Bu isə kosmonavtların ömrünün orta hesabla 2,5 il qısalmasına yol açacaq”, - deyə sənəddə bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ