SON DƏQİQƏ

Rusiya alimləri Marsa casus göndərəcək

Tarix:

3-10-2017, 22:43

/ 1 025 dəfə oxundu.
Rusiya alimləri Marsa casus göndərəcək

Rusiya alimləri planetin səslərini yazmaq üçün Marsa diktofon göndərəcəklər.

Gunaz.az xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatları İnstitutunun laboratoriyasının rəhbəri Daniil Rodionov “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

Marsda səslərin yazılması üçün diktofon “ExoMars-2020” missiyasının enmə platformasının meteokompleksinin tərkibinə daxil ediləcək.

“ExoMars-2020” “ExoMars” birgə Rusiya-Avropa missiyasının ikinci mərhələsidir. İkinci mərhələyə Rusiya enmə platforması və Avropanın Marsda gəzən robotu daxil ediləcək. Platformada 11 Rusiya və 2 Avropa cihazı qurulacaq. Aparatların “qırmızı planet”ə təxminən 2021-ci ilin martında enməsi gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ