SON DƏQİQƏ

İranda qatar relsdən çıxdı - 40 yaralı

Tarix:

25-09-2019, 19:48

/ 1 121 dəfə oxundu.
İranda qatar relsdən çıxdı - 40 yaralı

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində Zahidan-Tehran istiqamətində hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

Bunu İranın Sistan və Bəluçestan vilayəti valiliyinin ictimai əlaqələr şöbəsinin baş direktoru Cavad Salarzehi deyib. O, əlavə edib ki, hadisə nəticəsində 40 sərnişin yaralanıb.

C.Salarzehinin sözlərinə görə, qəzaya səbəb güclü külək olub. Belə ki, külək nəticəsində relslərin üzəri qumla örtülüb və vaqonlardan biri aşıb.

скачать dle 12.1

Şərhlər