Ukraynada dollar qrivnaya münasibətdə ucuzlaşmaqda davam edir.
GunAz.az xəbər verir ki, bir dollar 24,66 qrivna olub. Bu da ötən günlə müqayisədə 10 qəpik ucuzlaşmaq deməkdir.
Sonuncu dəfə bu göstərici 2016-cı il yanvarın 24-də qeydə alınıb. Ekspertlərin bir hissəsi dolların ucuzlaşacağını, bir qismi isə birdən-birə bahalaşacağını qeyd edirlər. Onlar hesab edirlər ki, bir dollar 28 qrivna dəyərində olacaq.
Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsində bir dolların 28-29 qrivna olacağı bildirilmişdi.