SON DƏQİQƏ
» » Paşinyan pul ümidi ilə xalqın istəyinə qarşı çıxdı

Paşinyan pul ümidi ilə xalqın istəyinə qarşı çıxdı

Tarix:

9-09-2019, 13:49

/ 1 776 dəfə oxundu.
Paşinyan pul ümidi ilə xalqın istəyinə qarşı çıxdı

Amulsar qızıl yatağının işlənməsinə qadağa qoyulmasına heç bir hüquqi əsas yoxdur.

GunAz.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan öz Feysbuk səhifəsində canlı yayım zamanı deyib. O, yatağın tam təhlükəsiz işlənilməsinin təminatı üçün “Lidian Armenia” şirkətinin öhdəlik götürdüyünü bildirib:

“Bu o deməkdir ki, bir litr belə çirkli su çaya düşməyəcək, hava, qrunt suları çirklənməyəcək, biomüxtəliflikdə problem yaranmayacaq. Şirkətin nümayəndələri qəti şəkildə əmin edirlər ki, ekomühitdə heç bir neqativ dəyişiklik olmayacaq”.

Qeyd edək ki, Amulsar Ermənistanın məşhur Cermuk şəhərinin 10 kilometrliyində yerləşir. Bu yataq qızıl ehtiyatlarına görə Ermənistanın ikinci ən böyük yatağı sayılır. Yerli əhali bu yatağın işlənməsinin təbiəti çirkləndirəcəyi və şəhərin turizm biznesinə problem yaradacağı üçün ona qarşı çıxıblar. Hökumət isə israrla yatağı Britaniya-ABŞ şirkəti olan “Lidian Armenia”ya verməyə çalışır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ