SON DƏQİQƏ
» » Ermənistanda qızıl mədəninin bağlanması tələb olunur

Ermənistanda qızıl mədəninin bağlanması tələb olunur

Tarix:

5-06-2018, 20:28

/ 10 339 dəfə oxundu.
Ermənistanda qızıl mədəninin bağlanması tələb olunur

Ermənistanda Cermuk kurort şəhərinin sakinləri, ictimai fəallar Amulsar qızıl yatağının bağlanması tələbi ilə aksiya keçirir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar mədənə gedən yolları bağlayıblar və hökumətdən məsələ ilə bağlı dəqiq cavab alanadək ərazidən çəkilməyəcəklərini bildiriblər. 

Xəbərdə vurğulanıb ki, 15 gün bundan əvvəl Qndevaz kəndinin sakinləri içməi suyun çirkləndiyini, onun içilməsinin mümkün olmadığını görüblər. Ona görə də Cermukdan olan ictimai fəallar qızıl mədəninin bağlanması tələbi ilə çıxış edən kənd sakinlərini dəstəkləyirlər.

Qeyd edək ki, bu yataq ABŞ-ın “Lydian International” şirkəti tərəfindən istismar olunur. Amulsar qızıl mədəni Ermənistanda xalis qızıl ehtiyatına görə ikinci yerdədir. Orada 31 milyon ton filiz və 40 ton xalis qızıl olduğu ehtimal olunur. Yataq Cermuk şəhərindən 13 km aralıda, Ermənistanın cənub-şərqində, Arpa və Bərguşad (ermənilər Vorotan deyir) çayları arasında yerləşir. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ