SON DƏQİQƏ
» » Rusiyada azərbaycanlı 1,2 kilo qızılla tutuldu

Rusiyada azərbaycanlı 1,2 kilo qızılla tutuldu

Tarix:

2-10-2017, 09:25

/ 683 dəfə oxundu.
Rusiyada azərbaycanlı 1,2 kilo qızılla tutuldu

Rusiyanın Zabaykal diyarında üzərində 1,2 kq xalis qızıl ilə Azərbaycan vətəndaşı saxlanılıb.

Report xəbər verir ki, bu barədə bazar ertəsi Şərqi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"O, Novaya Çara stansiyasının dəmir yolu vağzalında nəqliyyat polisi əməkdaşlarından qaçmağa çalışarkən saxlanılıb", - deyə məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan vətəndaşının üzərinə baxış zamanı içərisində 46 min 728 min dollarlıq 1,2 kq qızıl olan qutu aşkar olunub.

Saxlanılan şəxs qızılı qəsəbələrdən birindən tapdığını və satmaq üçün özündə saxladığını bildirib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 191-ci maddəsi üzrə (qiymətli əşyaların qanunsuz saxlanması) iş açılıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ