SON DƏQİQƏ
» » Başçı oğlu Kanadada 2,3 milyona mülk aldı - Araşdırma başladı

Başçı oğlu Kanadada 2,3 milyona mülk aldı - Araşdırma başladı

Tarix:

3-09-2019, 13:15

/ 1 875 dəfə oxundu.
Başçı oğlu Kanadada 2,3 milyona mülk aldı - Araşdırma başladı

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkünün olduğu barədə məlumat yayılıb.

Azeuronews.com Anar İsmayılovun şirkəti və mülkünün Kanadanın paytaxtı Torontonun "North York” bölgəsində yerləşdiyini iddia edib. Anar İsmayılovun mülkünün 1 milyon 300 min dollar (2 milyon 210 min manat) dəyərində olduğu bildirilib.

Sayt bununla bağlı Kanadanın rəsmi saytına istinadla foto-skrin də paylaşıb. Skrində şirkətin qeydiyyat ünvanının Overbruk Pleys-103-də olduğu qeyd edilib.

Yayılan məlumatla bağlı Saatlı Rayon İcra Hakimiyyətindən GunAz.az-a bildirilib ki, bu haqda icra başçısı məlumatlandırıldıqdan və araşdırma aparıldıqdan sonra açıqlama yayılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ