SON DƏQİQƏ
» » Bu olsa, Zelenski yenə prezident seçiləcək - Kolomoyski

Bu olsa, Zelenski yenə prezident seçiləcək - Kolomoyski

Tarix:

28-08-2019, 11:51

/ 1 268 dəfə oxundu.
Bu olsa, Zelenski yenə prezident seçiləcək - Kolomoyski

Ukraynalı oliqarx İqor Kolomoyski hamisi olduğu Vladimir Zelenskinin hansı halda ikinci dəfə prezident seçiləcəyini açıqlayıb.

GunAz.az xəbər verir ki, Kolomoyski fikrini “Censor.net” saytına müsahibəsində deyib.

O, Zelenskinin effektivlik göstəricisinin Ukraynaya xaricdən nə qədər şəxsin qayıdacağı ilə bağlı olacağını bildirib:

“Biz hazırda 35 milyon nəfər əhaliyə sahibik. Bu, müstəqil analizin nəticəsidir. İnsanların geri dönməsi onun effektivlik göstəricisidir. Əgər əhali 38 milyon nəfər olsa, o zaman Zelenskini ikinci dəfə prezident seçmək olar. Əgər əhali sayı 35 milyon qalsa, o zaman “aufviderzeyn” (almanca “sağ ol” deməkdir) demək lazımdır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ