SON DƏQİQƏ
» » Kreml Zelenskinin dənizçiləri azad etməklə bağlı çağırışına şərh edib

Kreml Zelenskinin dənizçiləri azad etməklə bağlı çağırışına şərh edib

Tarix:

1-07-2019, 19:10

/ 1 087 dəfə oxundu.
Kreml Zelenskinin dənizçiləri azad etməklə bağlı çağırışına şərh edib

 Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident Vladimir Zelenskinin azadlığa buraxılması üçün çağırış etdiyi ukraynalı dənizçiləri ilə bağlı  Rusiya prezidenti Vladimir Putinin açıqlamasına əlavə etməyə sözü yoxdur.

"Rusiya Federasiyası prezidentinin açıqlamasını bir daha diqqətlə oxumağı sizə tövsiyyə edirəm", Peskov jurnalistlərə açıqlamasında deyib.

GunAz.az RIA "Novosti"yə istinadən xəbər verir ki, Zelenski daha əvvəl ukraynalı dənizçiləri azad etmək üçün Putinə çağırış edib: “Hamımızın övladları var, uşaqları valideynlərinə qaytarın”, - Zelenski bildirib. O, bu fikirləri rus dilində səsləndirib.
Rusiya Federasiyasının prezidenti qeyd edib ki, ukraynalı dənizçilərin öz vətənlərinə qaytarılması məsələsi sakit şəkildə, iş rejimində həll edilməlidir: "Dənizçilər yalnız əmrə tabe olublar, biz bunu anlayırıq, amma onlar Rusiya qanununu pozublar". 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ