SON DƏQİQƏ
» » Zelenskinin arvadının 164 milyon dollarlıq evi üzə çıxdı

Zelenskinin arvadının 164 milyon dollarlıq evi üzə çıxdı

Tarix:

1-05-2019, 20:54

/ 301 dəfə oxundu.
Zelenskinin arvadının 164 milyon dollarlıq evi üzə çıxdı

Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zeklenskayanın Krımda elit "penthaus” (yaşayış binasının yuxarı mərtəbəsində çoxmərtəbəli mənzil) aldığı ortaya çıxıb.

"Qafqazinfo”nun "Röyters”ə istinadən verdiyi xəbərə görə, Qara dəniz sahillərində Livadiya kəndində yerləşən üçmərtəbəli "penthaus” eks-deputat, oliqarx Aleksandr Buryaka məxsus olub. Tərəflər arasında alış-veriş 2013-cü ilin aprelində baş tutub.

Daşınmaz əmlakın dəyəri 163 milyon 893 min dollardır. Mənzilin 1 kvadrat metri 1263 dollardan təklif edilib.

Nəşr qeyd edir ki, mənzil Zelenskinin adına qeydiyyatdadır .

Xatırladaq ki, Vladimir Zelenski aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində 73,23 faiz səslə qələbə qazanıb. O, seçkilərdən bir neçə gün sonra, aprelin 26-da ailə üzvləri ilə birlikdə Türkiyəyə gəzintiyə getdiyinə görə tənqid olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ