SON DƏQİQƏ
» » Nizami Hacıyev dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı

Nizami Hacıyev dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı

Tarix:

8-08-2019, 16:49

/ 1 322 dəfə oxundu.
Nizami Hacıyev dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı

Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında keçirilən taekvondo üzrə dünya birinciliyində Azərbaycan ilk medalını qazanıb.

GunAz.az xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizə aparan Nizami Hacıyev bürünc medala sahib olub.

Yığmamızın üzvü ilk döyüşündə Honq Konq, sonra Qazaxıstan, daha sonra Misirdən olan idmançıya qalib gəlib. Yarımfinalda isə onun rəqibi olan Bolqarıstan idmançısı keçilməz olub. Nəticədə, idmançımız bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışlar daha iki gün davam edəcək.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ