SON DƏQİQƏ
» » CNN: Putin və Tramp ABŞ-ın Rusiyadakı səfirinin istefasını müzakirə edib

CNN: Putin və Tramp ABŞ-ın Rusiyadakı səfirinin istefasını müzakirə edib

Tarix:

3-08-2019, 21:10

/ 1 967 dəfə oxundu.
CNN: Putin və Tramp ABŞ-ın Rusiyadakı səfirinin istefasını müzakirə edib

Amerika Birləşmiş Ştatları və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin 31 iyulda keçirilən telefon danışığı zamanı böyük ehtimalla Con Hanstmanın yerinə təyin edilən ABŞ-ın Moskvadakı yeni səfiri mövzusuna toxunub.

GunAz.az xəbər verir ki, bunu ABŞ administrasiyasındakı iki yüksək vəzifəli məmura istinadla CNN açıqlayıb.

Onların sözlərinə görə, iki dövlətin rəhbərləri qarşıdakı aylarda Hantsmanın yerinə diplomatik nümayəndəliyin yeni rəhbərinin təyin edilməsi məsələsini müzakirə ediblər.

Lakin, bu vəzifəyə potensial namizədlərin adları açıqlanmayıb. 

Kanal daha ətraflı məlumat almaq üçün Dövlət Departamentinə müraciət edib, lakin cavab almayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər