SON DƏQİQƏ
» » ABŞ İranla əməkdaşlıq üçün icazənin müddətini uzadıb

ABŞ İranla əməkdaşlıq üçün icazənin müddətini uzadıb

Tarix:

1-08-2019, 21:10

/ 820 dəfə oxundu.
ABŞ İranla əməkdaşlıq üçün icazənin müddətini uzadıb

Vaşinqton İranla mülki nüvə proqramı üzrə əməkdaşlığın müddətini  90 gün uzadıb. GunAz.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata əsasən, 2015-ci ildə bağlanmış nüvə sazişi çərçivəsində İranla mülki nüvə enerjisi sahəsində əməkdaşlıq edən Rusiya, Çin, İngiltərə və Fransa daha 90 gün müddətində sanksiyalardan azad edilir.

"Bu qərar İranın mülki nüvə proqramı üzərində nəzarəti qorumağa, riskləri azaltmağa, Tehranın nüvə silahı yaratma qabiliyyətini məhdudlaşdırmağa və yeni nüvə obyektlərinin inşasının qarşısını almağa kömək edəcək", açıqlamada deyilir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ