SON DƏQİQƏ
» » BMT: İsrail AA-nın fotomüxbirinin hüquqlarını pozur

BMT: İsrail AA-nın fotomüxbirinin hüquqlarını pozur

Tarix:

1-08-2019, 19:10

/ 1 942 dəfə oxundu.
BMT: İsrail AA-nın fotomüxbirinin hüquqlarını pozur

 BMT-nin insan hüquqları üzrə mütəxəssisləri İsraili "Anadolu" agentliyinin fələstinli  foto müxbiri Mustafa Harufu deportasiya etmək cəhdlərindən əl çəkməyə və ona Qüdsdə yaşamaq hüququnu verməyə çağırıb.

"İsrail hakimiyyətinin Harufun heç yaşamadığı və heç bir qanuni yaşama hüququ olmayan İordaniyaya deportasiya etməsi səyləri həm beynəlxalq humanitar hüquq, həm də beynəlxalq insan hüquqları standartları baxımından ciddi narahatlıq doğurur", deyə BMT-nin Fələstindəki insan hüquqları üzrə məruzəçisi Maykl Link deyib.

GunAz.az xəbər verir ki, o xatırladıb ki, məcburi deportasiya Cenevrə Konvensiyasının ciddi pozuntusu hesab olunur və Roma Əsasnaməsi ilə hərbi və insanlığa qarşı cinayət kimi xarakterizə edilir.

"Harufun tutulması və deportasiyası onun fotomüxbir kimi ifadə azadlığı hüququnun birbaşa pozulmasıdır", deyə BMT-nin düşüncə və soz azadlığı hüququnun təşviqi və qorunması üzrə xüsusi məruzəçisi David Kaye bildirib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ