SON DƏQİQƏ

Moskvadakı etirazda həbslər və cərimələr

Tarix:

31-07-2019, 08:32

/ 2 659 dəfə oxundu.
Moskvadakı etirazda həbslər və cərimələr

Ötən həftənin sonu Rusiyanın paytaxtı Moskvada keçirilən etiraz aksiyası zamanı saxlanılanlardan 61-i barədə həbs qərarı verilib.

GunAz.az xəbər verir ki, mitinq barədə danışan Moskva şəhər məhkəməsinin mətbuat katibi Ulyana Solopova nümayiş zamanı 278 qanun pozuntusunun aşkar edildiyini, 161 nəfərin isə cərimə edildiyini bildirib.

O, mitinqlə bağlı istintaq işinin davam etdiyini bəyan edib.

Bildirək ki, Moskvada şəhər dumasına bəzi şəxslərin namizədliyinin ləğvi əleyhinə keçirilən etiraz aksiyası zamanı 500 nəfərin saxlanıldığı barədə məlumat yayılmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ