SON DƏQİQƏ
» » Ermənistan təhlükədə: dəhşətli xəstəlik yayıldı

Ermənistan təhlükədə: dəhşətli xəstəlik yayıldı

Tarix:

30-07-2019, 22:29

/ 1 088 dəfə oxundu.
Ermənistan təhlükədə: dəhşətli xəstəlik yayıldı

Ermənistanda Afrika taununun yayılması təhlükəsi var.

Publika.az xəbər verir ki, bu barədə qida məhsullarının təhlükəsizliyi dövlət xidmətinin keçmiş rəhbəri, “Vahid sağlamlıq” ictimai hərəkatlar koalisiyasının lideri Qriqor Qriqoryan deyib.

Onun sözlərinə görə, Lori və Tavuş, həmçinin Sünik əraziləri Afrika taununun sabit mərkəzləridir.

“Bu ərazilərdə taun vaxtaşırı özünü göstərir. Yaxın vaxtlarda Şirak ərazisində heyvanların kütləvi qırılması müşahidə olunub. Bu informasiya ictimaiyyətə açıqlanmadı. Yalnız KİV məsələni dərc edəndən sonra məlum oldu ki, vaksinləmə həyata keçirilməyib”, - deyə o bildirib.

Xatırladaq ki, iyulun 6-da Sünik bölgəsinin Kornidzor icmasında donuzların kütləvi qırılması qeydə alınıb. 400 donuzdan cəmi 10 başı sağ qalıb. Donuzların Afrika taununa tutulduğu hesab olunur. Eyni xəstəlik ətraf kəndlərə yayılıb, həmçinin, Azərbaycanla sərhəd bölgədə yerləşən Tavuş ərazisində daha çox müşahidə olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ