SON DƏQİQƏ
» » Ər-Riyad Türkiyəyə gizli embarqo tətbiq edir - CHP

Ər-Riyad Türkiyəyə gizli embarqo tətbiq edir - CHP

Tarix:

30-07-2019, 21:29

/ 1 280 dəfə oxundu.
Ər-Riyad Türkiyəyə gizli embarqo tətbiq edir - CHP

Səudiyyə Ərəbistanı rəhbərliyi Türkiyəyə gizli bir embarqo tətbiq edir.

GunAz.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının millət vəkili Məhməd Gözəlmənsur bildirib.

Türkiyənin sərhəddə saxlanılan mallarından bir qisminin Səudiyyə Ərəbistanına daxil edilməsinə icazə verildiyini deyən Gözəlmənsur yalnız pomidorların hazırda gömrükdə saxlanıldığını vurğulayıb:

"Xarici İşlər nazirinin müavinləri ilə məsələ barədə danışdım. Lazımi diqqəti göstərdilər, ancaq problem Türkiyədən deyil, Səudiyyə Ərəbistanından qaynaqlanır. Münasibətlər o qədər gərginləşib ki, təssüf ki dialoq qurmağa birini tapmaq müşkül məsələyə dönüb".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Türkiyədən gətirilən malları daşıyan 80-dən çox TIR-ı sərhəddə saxlamışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ