SON DƏQİQƏ
» » Türkiyə bununla NATO-ya olan etimadı azaldır - General

Türkiyə bununla NATO-ya olan etimadı azaldır - General

Tarix:

30-07-2019, 09:00

/ 1 878 dəfə oxundu.
Türkiyə bununla NATO-ya olan etimadı azaldır - General

Bu günə qədər NATO-ya sədaqətli olub-olmamaq heç vaxt ciddi şəkildə sorğu-sual edilməyib, ancaq Türkiyənin addımlarından dolayı bu vəziyyət dəyişə bilər.

GunAz.az xəbər verir ki, bu açıqlama ilə avstraliyalı general-mayor Uolter Feyçtinqer çıxış edib.

O, mövcud vəziyyətin NATO-nun etibarlılığını pozduğunu söyləyib.

Türkiyənin əsas təhlükəsizlik siyasətinə ilk növbədə Suriyadakı kürd proseslərinə dəstək məsələsində ABŞ ilə baş verən mübahisənin təsir etdiyini bildirən general-mayor ümumi mənzərənin təəccüblü olmadığını vurğulayıb:

"Türkiyənin Avropa Birliyinə qoşulmaq hədəfi uzaqlaşdıqca, Ankaranın Suriyadakı hərbi varlığı onu Moskva ilə yaxınlaşdırır. Türkiyə Rusiya ilə əməkdaşlıq edərək NATO-ya olan etimadı azaldır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ