
Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi vəfat edib.
GunAz.az xəbər verir ki, bu barədə Tunisin Prezident Administrasiyası məlumat yayıb.
92 yaşlı dövlət başçısının iyulun 24-də ağır vəziyyətdə xəstəxanaya aparıldığı və orada vəfat etdiyi bildirilib.
Xatırladaq ki, Tunis Prezidenti Beji Kaid əs-Sebsinin ölümü ilə bağlı ötən ay da məlumat yayılmışdı.