SON DƏQİQƏ
» » Talibanın bazasına bombalar yağdı: ölənlər var

Talibanın bazasına bombalar yağdı: ölənlər var

Tarix:

22-07-2019, 22:17

/ 810 dəfə oxundu.
Talibanın bazasına bombalar yağdı: ölənlər var

Əfqanıstanın Loqar əyalətində Taliban silahlılarının bazasına endirilən hava zərbələri nəticəsində səkkiz dinc sakinin, o cümlədən qadın və uşaqların həlak olduğu bildirilir.

GunAz.az xəbər verir ki, əyalət polisinin sözçüsü Şahpur Əhmədzai bildirib ki, ABŞ-ın hava qüvvələri Bəraki Bərat rayonunda iyulun 22-nə keçən gecə Talibanın yerüstü hədəflərini bombalayıb. Onun sözlərinə görə, ən azı səkkiz dinc sakin ölüb, ərazidə olan silahlıların itkiləri barədə isə məlumat yoxdur. Əyalətin "Tolo Nyus" nəşrinin xəbərində isə Əfqanıstan paytaxtından 100 kilometrlik məsafədə yerləşən bu rayona hava zərbələri endirilməsi təsdiqlənib.

Qeyd olunur ki, ABŞ-ın vasitəçiliyi ilə Talibanla hökumət rəsmiləri arasında aparılan danışıqlardan sonra ölkədə tərəflər arasında döyüşlər daha da şiddətlənib və itkilərin sayı artıb. Yerli mənbələr bildirirlər ki, iyulun ilk ongünlüyündə dinc əhali arasında ölənlərin sayı 100 nəfərdən çoxdur. Əyalət parlamentinin üzvü Cavid Mücədedi bildirib ki, hazırda Taliban Bədəxşan əyalətinin mineral ehtiyatları ilə zəngin olan Kəran və Məncan rayonunu ələ keçirməyə çalışır. Burada yerləşən lazurit mədənləri uğrunda döyüşlər gedir. Hər iki tərəfdən ağır itkilərin olduğu bildirilir.

скачать dle 12.1

Şərhlər