
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələri Suriyanın Deyr-əz-Zor şəhərinə endirdiyi zərbə nəticəsində 14 dinc sakin ölüb, 32-si yaralanıb.
Gunaz.az-ın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.
Məlumata görə, hədəfdə Suriya ordusunun Əl-Kusur məhəlləsindəki mövqeləri olub.
Londonda yerləşən Suriyanın insan haqlarının qorunması monitorinq mərkəzi hava zərbələri nəticəsində azı 22 dinc sakinin öldüyü barədə məlumat yayıb.