SON DƏQİQƏ

Suriyada onlarla dinc sakin ölüb və yaralanıb

Tarix:

29-01-2017, 12:35

/ 5 882 dəfə oxundu.
Suriyada onlarla dinc sakin ölüb və yaralanıb

Suriyanın İŞİD terror qruplaşmasının mühasirəsində olan Deyr-əz-Zor şəhərində gedən döyüşlər nəticəsində onlarla dinc sakin ölüb və yaralanıb.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin şənbə günü yaydığı hesabatında bildirilir.
Qeyd olunur ki, son günlər daha şiddətli döyüşlər Əl-Ommal və Ər-Rasafa məhəllələrində, Əl-Baqliyə rayonunda, həmçinin Deyr-əz-Zor aviabazasından qərbdə gedib və onlarla dinc sakinin həlak olmasına və yaralanmasına gətirib çıxarıb.
"Mühasirədə olan şəhərin həkimləri 15-23 yanvar tarixlərində minaatanlardan endirilən zərbələr nəticəsində dinc sakinlər arasında 19 nəfər ölüb, 44 nəfər yaralanıb", - deyə İdarənin məlumatında qeyd olunur.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ