
Rusiya və Belarus vahid valyuta və maliyyə-kredit siyasəti ilə bağlı tələsməməlidir.
GunAz.az xəbər verir ki, bu sözləri Rusiyanın İqtisadiyyat naziri Mixail Oreşkin deyib.
"Vahid valyuta və maliyyə-kredit siyasəti nöqteyi-nəzərindən irəliyə qaçmağa həqiqətən dəyməz. İqtisadi əlaqələr o dərəcədə qarşılıqlı olmalıdır ki, valyutanın tətbiqi zamanı dalğalanma yaranmasın", - deyə nazir bildirib.
N.SAFURA