SON DƏQİQƏ
» » Dubaydan Bakıya bu yolla telefon gətirmək istədi, ancaq...

Dubaydan Bakıya bu yolla telefon gətirmək istədi, ancaq...

Tarix:

8-07-2019, 21:10

/ 1 933 dəfə oxundu.
Dubaydan Bakıya bu yolla telefon gətirmək istədi, ancaq...

Gömrükçülər mobil telefonların ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən GunAz.az-a bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin əməkdaşları külli miqdarda mobil telefonların və elektron əşyaların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd yaddaş kartı gətirdiyini bəyan edib. Lakin yoxlama zamanı vətəndaşa məxsus əl çantasından bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 4 ədəd "Iphone" və sellofan paketin içərisindən 1 ədəd "Iphone XS MaX Silver 256GB" markalı mobil telefon, karton qutunun içərisindən, şəxsi əşyaların arasından isə 5 ədəd portativ enerjiyığma cihazı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər