SON DƏQİQƏ
» » Rusiya XİN Gürcüstan kanalının aparıcısının hərəkətlərini pisləyib

Rusiya XİN Gürcüstan kanalının aparıcısının hərəkətlərini pisləyib

Tarix:

8-07-2019, 18:40

/ 1 297 dəfə oxundu.
Rusiya XİN Gürcüstan kanalının aparıcısının hərəkətlərini pisləyib

Rusiya Xarici İşlər Nazirliyi, Gürcüstanın "Rustavi 2" telekanalında  Rusiya rəhbərliyinin ünvanına səsləndirilən təhqirləri qəbul edilməz sayaraq pisləyib.

GunAz.az bu barədə RİA Novosti agentliyinə istinadən məlumat verir.

"Biz Gürcüstanın "Rustavi 2" telekanalında Rusiya rəhbərliyinə qarşı təhqiramiz ifadələrlə edilən  hücumları qəti şəkildə pisləyirik", bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi bu "insidenti" rusafobiyanın parlaq nümunəsi kimi qiymətləndirir.

Diplomatlar müvafiq beynəlxalq və regional təşkilatlardan və jurnalistlərdən müvafiq reaksiya gözləyir.

скачать dle 12.1

Şərhlər