SON DƏQİQƏ

Ərdoğan Əkrəm İmamoğlunu təbrik edib

Tarix:

24-06-2019, 11:50

/ 1 322 dəfə oxundu.
Ərdoğan Əkrəm İmamoğlunu təbrik edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlunu təbrik edib. GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı Twitter-də yazıb.

"İstanbul Bələdiyyə sədrliyinə seçkilərin nəticələrinin İstanbul üçün xeyirli olmasını diləyirəm. Bu gün bir daha milli iradənin təzahürünün şahidi oldum. Rəsmi olmayan nəticələrə görə seçkilərdə qazanan Əkrəm İmamoğlunü təbrik edirik", deyə Türkiyə dövlət başçısı Twitter-də yazıb.

Onun sözlərinə görə, Türkiyə "demokratiya, qanunun aliliyi, birlik və həmrəylik prinsiplərinə əsaslanaraq 2023-cü il hədəflərinə doğru irəliləməyədavam edəcək".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ