SON DƏQİQƏ
» » Fizuli Məmmədovdan MDU-nun rektoruna təxribat xəbərdarlığı: erməni tələbələr...

Fizuli Məmmədovdan MDU-nun rektoruna təxribat xəbərdarlığı: erməni tələbələr...

Tarix:

3-05-2019, 23:30

/ 206 dəfə oxundu.
Fizuli Məmmədovdan MDU-nun rektoruna təxribat xəbərdarlığı: erməni tələbələr...

Şuşanın işğalı günündə Moskvadakı erməni tələbələr təxribata hazırlaşır

“Dünya Azərbaycanlıları Mədəniyyət Fondu bildirir ki, mayın 7-də Moskva Dövlət Universitetinin Erməni Tələbələr Asossasiyasının düzənlədiyi “Qarabağ savaşı fədailəri” ilə görüş adı altında 1992-ci il mayın 8-də Şuşa şəhərinin işğalında iştirak edən qanunsuz hərbi birləşmələrin üzvlərinin iştirakı ilə tədbir keçirir. Bu tədbir pravokasiya xarakteri daşıyır və həm çoxmillətli Rusiyanın, həm də paytaxt Moskvanın ən nüfuzlu ali məktəbi olan Moskva Dövlət Universitetində millətlərarası zəmində qarşıdumalar yaradılmasına xidmət edir. Biz bu tədbiri Rusiyada sabitliyin pozulmasına və milli zəmində münaqişələrin alovlandırılmasına ciddi təhdid sayırıq”. Bu sözlər Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.A.Sadovniçiyə ünvanladığı məktubundandır.

Məktubda daha sonra bildirilir: “Mayın 7-də saat 18.30-da Maroseyka 9 ünvanda keçiriləcək tədbir haqqında sosial şəbəkələrdə yayınlan elanlarda Moskva Dövlət Universiteti təşkilatçı kimi təqdim edilir. Əminik ki, ölkənin elm məbədi olan MDU sadaladığımız səbəblərə görə, Rusiya Federasiyasının ərazi bütövlüyünü tanıyan Azərbaycan Respublikası daxilində separatçılıqla məşğul olan, qanunsuz hərbi birləşmələrdə iştirak edən şəxslərlə görüşün qarşısını alaraq, elmi mühiti ilə ölkənin yüksəlişinə xidmət edən təhsil ocağının təxribatlar meydanına çevrilməsini qarşısını alacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ