SON DƏQİQƏ
» » Növbəti erməni təxribatı: Şuşa ilə bağlı tədbir keçiriləcək

Növbəti erməni təxribatı: Şuşa ilə bağlı tədbir keçiriləcək

Tarix:

2-05-2019, 23:08

/ 200 dəfə oxundu.
Növbəti erməni təxribatı: Şuşa ilə bağlı tədbir keçiriləcək

Rusiyadakı erməni diasporu Azərbaycana qarşı növbəti təxribata əl atıb.

GunAz.az-ın Report-a istinadən məlumatına görə, erməni diasporu tərəfindən Moskvada Şuşanın "işğaldan azad edilməsi ildönümü"nə həsr olunmuş tədbir keçiriləcək.

Tədbir barədə məlumat sosial şəbəkələrdə yayılıb.

"Erməni diasporunun Azərbaycana qarşı təxribat hazırlığı ilə bağlı müvafiq dövlət strukturlarına müraciət olunub", - bunu "Report"un Rusiya bürosuna açıqlamasında "Moskvanın Azərbaycan İcması" Təşkilatının rəhbəri Şamil Tağıyev bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Rusiyanın asayiş keşikçilərinə məlumat verilib. Nəzərə çatdırılıb ki, bu, Moskvada erməni və Azərbaycanın ictimaii fəalları arasında qarşıdurmaya gətirib çıxara bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ