Türkdill
dövlətlərin siyasətinə dəstək fondunun, İssık Kul Azərbaycanlılarının "Xəzər”
İctimai birliyi və Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi
İctimai birliklərinin birgə keçirdiyi tədbirdə yazıçılar, Qırğızıstandakı Azərbaycan
diasporunun fəalları və Qırğızıstan cəmiyyətinin üzvləri iştirak etmişdirlər.
Mərasimdə
çıxış edən Türkdill dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmməov,
Fondun vise prezidenti Osman Səfərov, İssık Kul Azərbaycanlılarının "Xəzər”
İctimai birliyinin prezidenti Ziyəddin Hüseynov, Qırğızıstandakı Azərbaycanıların
əlaqələndirmə mərkəzi İctimai birliyinyn Prezidenti Cəbi Rəsulov, şair- tərcüməçi
Mukan Asanaliyev çıxış edərək Şuşanın işğalı ilə bağlı maraqlı faktlardan
danışmışlar. Öz çıxışlarında 1992-ci il mayın 8-nə
keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının
hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə
hücuma keçdiklərini, Şuşalılar üçün uzun illər işğal altında qalan torpaqların da qəribsədiyini tədbir iştirakçılarının
nəzərinə çatdırdılar. Çıxış edənlər Şuşanın Azərbaycana tezliklə
qaytarılması, işğalda iştirak edənlərin dərhal gəzalandırılmasını
vurğulamışlar. Türkdill dövlətlərin
siyasətinə dəstək fondunun, İssık Kul Azərbaycanlılarının "Xəzər” İctimai
birliyi və Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai
birliklərinin birgə sifarişi ilə Milli Məclisin üzvü Qənirə Paşayevanın Şuşanın
işalına həsr etdiyi şeirləri əsasında çəkilmiş bədii kompazisiyanın qırğız
dilinə tərcümə edilərək dublyaj edilmiş "Ruhum Qarabağdandır” filmi nümayiş
olunmuşdur. Filmin rejisoru Bəxtiyar Qaracadır. Filmi qırğız dilinə Mukan
Asanaliyev tərcümə etmişdir. Nümayiş olunan
film Tədbir iştirakçılarına çox təsir etdi. Sonda tədbir iştirakçılarına filmin
diskləri hədiyyə edildi.