SON DƏQİQƏ
» » Bişkekdə Şuşanın işğalının 25 illiyi qeyd edilib

Bişkekdə Şuşanın işğalının 25 illiyi qeyd edilib

Tarix:

10-05-2017, 15:12

/ 1 813 dəfə oxundu.
Bişkekdə Şuşanın işğalının 25 illiyi qeyd edilib


Türkdill dövlətlərin siyasətinə dəstək fondunun, İssık Kul Azərbaycanlılarının "Xəzər” İctimai birliyi və Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai birliklərinin birgə keçirdiyi tədbirdə yazıçılar, Qırğızıstandakı Azərbaycan diasporunun fəalları və Qırğızıstan cəmiyyətinin üzvləri iştirak etmişdirlər.

Mərasimdə çıxış edən Türkdill dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmməov, Fondun vise prezidenti Osman Səfərov, İssık Kul Azərbaycanlılarının "Xəzər” İctimai birliyinin prezidenti Ziyəddin Hüseynov, Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai birliyinyn Prezidenti Cəbi Rəsulov, şair- tərcüməçi Mukan Asanaliyev çıxış edərək Şuşanın işğalı ilə bağlı maraqlı faktlardan danışmışlar. Öz çıxışlarında 1992-ci il mayın 8-nə keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdiklərini, Şuşalılar üçün uzun illər işğal altında qalan torpaqların da qəribsədiyini tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Çıxış edənlər Şuşanın Azərbaycana tezliklə qaytarılması, işğalda iştirak edənlərin dərhal gəzalandırılmasını vurğulamışlar.
Türkdill dövlətlərin siyasətinə dəstək fondunun, İssık Kul Azərbaycanlılarının "Xəzər” İctimai birliyi və Qırğızıstandakı Azərbaycanıların əlaqələndirmə mərkəzi İctimai birliklərinin birgə sifarişi ilə Milli Məclisin üzvü Qənirə Paşayevanın Şuşanın işalına həsr etdiyi şeirləri əsasında çəkilmiş bədii kompazisiyanın qırğız dilinə tərcümə edilərək dublyaj edilmiş "Ruhum Qarabağdandır” filmi nümayiş olunmuşdur. Filmin rejisoru Bəxtiyar Qaracadır. Filmi qırğız dilinə Mukan Asanaliyev tərcümə etmişdir. Nümayiş olunan film Tədbir iştirakçılarına çox təsir etdi. Sonda tədbir iştirakçılarına filmin diskləri hədiyyə edildi.

скачать dle 12.1

Şərhlər