SON DƏQİQƏ
» » Qırğızıstandakı təyyarə qəzası ilə bağlı iddia

Qırğızıstandakı təyyarə qəzası ilə bağlı iddia

Tarix:

16-01-2017, 18:23

/ 4 148 dəfə oxundu.
Qırğızıstandakı təyyarə qəzası ilə bağlı iddia

İlkin ehtimala əsasən, Bişkek yaxınlığında təyyarə qəzası pilotun səhvindən baş verib.
Bunu Qırğızıstan baş nazirinin müavini Məhəmmədkali Abulqaziyev deyib.
Digər qırğız rəsmilər "Reuters"ə açıqlamalarında qəza zamanı ərazidə qatı duman olduğunu bildiriblər.
Təyyarənin məxsus olduğu aviaşirkətin açıqlamasında isə qəzaya səbəb kimi texniki problemlər göstərilir.
Qeyd edək ki, Qırğızıstan prezidenti Almazbek Atambayevin Çinə səfərini təxirə saldığı bildirilir.
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfər həlak olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ